ÇAY NƏQLİYYATI

Əsasən daxili – həm təbii (çay, göl) və həm də süni (kanal, su anbarı və s.). su yolları ilə yük və sərnişin daşıyan nəqliyyat növü. Ç.n. bir neçə dövlətin xarici ticarət daşımalarına xidmət edən magistral, o cümlədən beynəlxalq (məs. Dunay çayı), ölkə daxilində iri çaylar arasındakı daşımalara xidmət edən rayonlararası(məs., Volqa çayı) və rayondaxili əlaqələrə xidmət edən yerli (məs. Kür çayı) çay yollarına ayrılır.
ÇAY MƏNSƏBİ
ÇAY REJİMİ, ÇAYDA SU REJİMİ
OBASTAN VİKİ
Çay nəqliyyatı
Çay nəqliyyatı — Çay nəqliyyatının inkişafı üçün imkanların kifayət qədər geniş olmasına baxmayaraq, bu imkanlardan lazımı dərəcədə istifadə edilmir. Çayda suyun səviyyəsinin dəyişməsi, burada texniki baxımdan lazımı tənzimləmə işlərinin aparılmasının vacibliyi. mütəmadi dərinləşdirmə işlərinin görülməsi və digər səbəbləri çay nəqliyyətinin inkişafına maneçilik edən səbəblərə aid etmək olar. Çay nəqliyyatı nisbətən ucuz və ekoloji baxımdan təhlükəsiz nəqliyyat növlərinə aiddir. Bıuıa görə hər bir materikdə ölçücə iri və çay nəqliyyatının istifadəsi üçün əlverişli sayılan yerlərdə çay limanları inşa edilmişdır. Məsələn, Avropada — Dunay və Volqada, Şimali Amerikada — Missisipi və Missuridə, Asiyada — Xuanxe və Yansızıda, Afrikada — Nildə çay limanları istismar edilir. Bu çaylarda turizm əhəmiyyətli kruizlərlə yanaşı yük daşımaları da həyata keçirilir. Avropada çay nəqliyyatı üçün yararlı olan su arteriyaların təxminən 37 min km-i hələ istifadə ediimir. Müasir dövrdə Avropada çay nəqliyyatı ilə yükdaşıma imkanlarından yalnız 15%-ə qədər istifadə olunur. Belə vəziyyəti nəzərə alaraq, Avropa Birliyi ölkələri tərəfındən çay nəqliyyatının inkişafına yönəldilmiş birgə ‘'Marko Polo" proqramı həyata keçirilir.
Avtomobil nəqliyyatı
Avtomobil nəqliyyatı - Quruda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil nəqliyyatının inkişaf səviyyəsi yolların uzunluğu və keyfıyyətindən, avtomobillərin sayından və bu sahədə xidmətin səviyyəsindən asılıdır. Dünyada ilk avtomobillərin istehsalına XIX əsrin əvvəl- lərində başlamlmış və yalnız 1923-cü ildə ABŞ-də və İtaliyada avtomobil yolları inşa edilmişdir. Müasir dövrdə dünyada asfalt və bərk örtüklü avtomobil yollarmın uzunluğu 31 mln. km-ə çatır. Onların təxminən yarısı inkişaf etmiş ölkələrin payına düşür (cəd. 1.5.4 Avtomobil yollarının uzunluğuna görə aparıcı ölkələr Avtomobil yollarının sıxlığına görə dünyanın aparıcı ölkələri Azərbaycanda avtomobil yollarınm ümumi uzunluğu 59,1 min km təşkil edir. İstifadə edilən bərk örtüklü avtomobil yolların uzunluğu 29,2 min km-dir, onlardan — 1,684 min km beynəlxalq, 2,669 min km — strateji və 13 min km yerli əhəmiyyət daşıyan yollardır. Avtomobil nəqliyyatı ilə dünyada sərnişin daşmmalarınm 80%-i təmin olunur. Dünyada avtomobil parkı daim genişlənir.
Dəmiryol nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryolu nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəniz nəqliyyatı
Dəniz nəqliyyatı — Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. Dəniz nəqliyyatının fəaliyyəti ilk öncə istismar edilən dəniz limanlarının inkişafından asılıdır. Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. Ən iri dəniz limanlarından ildə 50 mln. tondan çox yük daşınır. Yük dövriyyəsinə görə ildə 200 mln tondan çox mal ötürən limanların sayı 15-ə çatır. Dəniz nəqliyyatı beynəlxalq ticarətdə mühüm rol oynayır. Dəniz nəqliyyatının turistlərin daşınmasında (kruiz səyаhəti) əhəmiyyəti çoxdur. Dünyanın 10 ən iri dəniz limanları Dəniz nəqliyyatında konteynerlə daşınmaların artımı, dəniz limanlarında xidmətlərin mürəkkəbləşməsi, bu sahədə rəqabətin artmasına səbəb olmuşdur. Nəticədə inkişaf etmiş ölkələrin gəmiləri daha "ucuz” (xidmətə, ekoloji tələblərə, vergilərə və işçi qüvvəsinə verilən əmək haqqına görə) hesab olunan ölkələrin bayraqları altında üzür.
Elektron nəqliyyatı
Elektron nəqliyyatı — istehsal edilən elektrik enerjisinin istehlakçılara çatdırılmasına xidmət edən nəqliyyat növü. Təsərrüfat obyektlərini və əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Azərbaycanda 1954-cü ildə Vahid enerji şəbəkəsi yaradılmışdır. Bu sistem Rusiyanın və Gürcüstanın ereji şəbəkəsinə son vaxtlarda isə İran və Türkiyənin enerji sisteminə birləşmişdir. Azərbaycandan Gürcüstana enerji verilir. İrn və Türkiyədən isə Naxçıvan üçün enerji alınır. Elektrik verilişi xətlərində gərginlik müxətlif olur. Abşeron regionunun elektrik enerjisi ilə təmin edilməsi üçün 220 kvt gərginlikli Mingəçevir-Bakı, Şirvan (keçmiş Əli Bayramlı) – Bakı elektrik veriliş xətləri çəkilmişdir. Bura 330 kvt gərginlikli 250 km uzunluğunda ikinci Mingəçevir-Bakı (Azərbaycan DRES-dən) və Şirvan-Bakı elektrik veriliş xətti gəlir. Azərbaycanın energetika sistemini Gürcüstanın enerji sistemi ilə birləşdirmək, inzibati rayonları elektrik enerjisi ilə təchiz etmək üçün Mingəçevir və Şirvandan Ağstafaya qədər elektrik verilişi xətti çəkilmişdir. Mingəçevirdən çəkilən xəttin gərginliyi 500 kvt-dır.
Estakada nəqliyyatı
Estakada nəqliyyatı ― yol xəttləri viaduk və ya digər yerüstü tikilidə (adətən polad, çuqun, beton və ya kərpicdən ibarət) yerləşən sürətli dəmir yolu. Dəmir yolu geniş, standart və ya darraylı, yüngül relsli, monorelsli və ya asma tipli ola bilər. Estakada dəmir yolları adətən şəhər yerlərində olur ki, çoxsaylı dəmir yolları keçidləri salınmasın. Polad viadukları üzərində hərəkət edən estakada nəqliyyatını adətən küçə səviyyəsindən görmək mümkün olur. 1836-1838-ci illər arasında 878 tağlı kərpic viaduki üzərində inşa edilmiş London və Qrinviç dəmir yolu ən birinci estakada nəqliyyatı hesab olunur. 1840-cı ilə aid London və Blekuoll dəmir yolunun ilk 4 kilometri də viaduk üzərində inşa edilmişdir. 1840-cı illərdə əlavə estakada dəmir yollarının tikilməsi planlaşdırılsa da, heç biri realizə olunmadı. 1860-cı illərin sonlarından etibarən ABŞ şəhərlərində də estakada nəqliyyatı populyarlaşdı. Nyu-York Vest Sayd və Yonkers patent dəmir yolu 1868-ci ildən 1870-ci ilədək kanat tramvayı kimi fəaliyyət göstərirdi, sonradan isə lokomotivə keçdi. Onun ardınca 1875-ci ildə Manhetten dəmir yolu, Sauz Sayd estakadası, Çikaqo (1892–) və Boston estakadları yarandı.
Hava nəqliyyatı
Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir. Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Koreya Nəqliyyatı
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Sanitar nəqliyyatı
Sanitar nəqliyyatı — xəstələrin dinc şəraitdə daşınması üçün xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış, əhali üçün müalicə, profilaktik və müalicə-evakuasiya xidmətləri, müharibə dövründə isə yaralıların və xəstələrin təxliyəsi üçün hazırlanmış nəqliyyat vasitəsidir. Sülh dövründə daşınma və ya müharibə zamanı evakuasiya edilmiş yaralılar, xəstələr tibbi heyət tərəfindən müşayiət olunur , tibb müəssisəsinə daşındıqda qayğı göstərilir, habelə yerində və hərəkət zamanı sanitar nəqliyyatında təcili tibbi tədbirlər və manipulyasiyalar aparmaq mümkündür. Bu məqsədlər üçün sanitar nəqliyyat vasitələri lazımi avadanlıqlarla, tibbi və sanitariya vasitələri ilə təchiz edilmişdir. Sanitar nəqliyyat vasitələrini fərqləndirir: torpaq (atlı, avtomobil, dəmir yolu), su (çay və dəniz) - xəstəxana gəmisi, hava (təyyarələr, vertolyotlar) - təcili yardım təyyarələri, sanitar aviasiya.
Su nəqliyyatı
Su nəqliyyatı — yüklərin (və ya sərnişin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir. Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür. Yer kürəsinin 71%-inin Dünya okeamndan ibarət olması və materiklərarası iqtisadi əlaqələrin inkişafı dəniz nəqliyyatının həddən çox əhəmiyyət daşımasım müəyyən edir. Yük dövriyyəsinə görə son 50 il ərzində dünyada birinci yeri məhz dəniz nəqliyyatı tutur. Belə ki, dünyada ümumi yük dövriyyəsinin 60%-i dəniz nəqliyyatının payma düşür. Bu nəqliyyat növü yük daşımalannın orta uzunluğu ilə də fərqlənir. Bu göstərici 7 min km-dən çoxdur. Su nəqliyyatı — yüklərin (və ya sərnişin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir.
Bakı nəcis nəqliyyatı
Bakı nəcis nəqliyyatı — Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcislərinin daşınması ilə məşğul olmuş xüsusi müəssisələr Həmin dövrdə həyətlərdən nəcis adətən gecələr daşınırdı. Bu iş boçkalı arabalar vasitəsilə görülürdü. Şəhərdə xüsusi müəssisələr vardı ki, bu işlə məşğul idilər. Belə müəssisələr - "Bakı nəcis nəqliyyatı" adlanırdı. 1914-cü ildə Bakıda cəmi üç belə müəssisə vardı. Şəhərin nəcisi əvvəllər daşınıb, Qanlı təpənin ətəyindəki dərəyə tökülürdü. Bu dərə əhali içərisində "Poxlu dərə" adlanırdı. Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı.
Boru kəməri nəqliyyatı
Boru kəməri nəqliyyatı — ilə məhlul və qaz kimi məhsullar nəql edilir (neft nəqli, neft məhsulu nəqli və qaz nəqli). Boru nəqlinin inkişafı birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Boru ilə neft və neft məhsulları nəqli tanker daşımaları ilə yanaşı bu məhsulların orta və uzaq məsafələrə daşınmasında əsas vasitə hesab edilir. Qaz sənayesinin və qaz nəqlinin inkişafı da elə həmin vəzifəni yerinə yetirməklə bu məhsulların çıxarılması ilə istehlakı arasındakı ərazini (məsafəni) yaxınlaşdırmış olur. == Boru nəqliyyatının fərqliliyi == Bu nəqliyyat digər nəqliyyat növlərindən kifayət qədər fərqlənir. Belə ki, boru xətləri yerin üstü və altında salınmaqla yanaşı, suyun altında da çəkilir. Bununla yanaşı boru nəqliyyatı ən ucuz nəqliyyat növlərindən biri hesab olunur. Boru komərlərinin inşa edilməsi bir sıra təbii və iqtisadi amillərdən asılıdır. Dünyada boru kəmərlərinin coğrafıyası ilk öncə nəql olunan xammal mənbələrinin və istehlakçılarm yerbşməsi əsasında formalaşır. Məhz bu iki mərkəz arasında mövcüd olan məkanın relyefı, infrastruktur şəbəkəsinin yerləşmə xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi, regionun ekoloji vəziyyəti və digər amillər inşa ediləcək boru xətlərinin istiqamətinin müəyyən edilməsində başlıca rol oynayır.
Dəniz Nəqliyyatı Donanması
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir. Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür. Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir. Təbriz Yadigarov. Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı. Bakı, 2018.
Qazaxıstanda dəmiryolu nəqliyyatı
Qazaxıstanda dəmiryolu nəqliyyatı — Qazaxıstanda ümumi uzunluğu təqribən 16 614.3 kilometr (2017) olan geniş dəmir yolu şəbəkəsi vardır. Bunlardan 6 mini ikitərəflidir. Təxminən 5 mini isə elektrikləşdirilib. Əsas yolların bükülmüş uzunluğu 18,8 min km, stansiya və xüsusi yolların uzunluğu 6.7 min km-dir. Qazaxıstanda dəmir yolu nəqliyyatının əhəmiyyəti çox böyükdür. Ümumi yük dövriyyəsinin 68% -dən çoxu və ölkə sərnişin dövriyyəsinin 57% -dən çoxu dəmir yollarının payına düşür. Dəmir yolu sənayesində 2013-cü ildə 160 mindən çox insan işlə təmin olunmuşdur ki, bu da Qazaxıstan əhalisinin demək olar ki, 1% -ni təşkil edir. . Şəbəkənin çox hissəsi Qazaxıstan Dəmir Yolları tərəfindən idarə olunur, kiçik bir hissəsi mədən və neft sənayesi şöbələrinə aiddir. Dəmir yolu ilk dəfə 1893-1894-cü illərdə müasir Qazaxıstan ərazisindən keçir. Bu uzunluğu 369 km olan olan, ensiz dəmiryolu xətti (1000 mm) Pokrovskaya Sloboda - Uralsk xətti idi.
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Efemer çay
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Geqa (çay)
Geqa - Abxaziyanın Qaqra rayonundan Qara dənizə axan çay. Təxminən 1640 m yüksəklikdən başlayır. Çayın ümumi uzunluğu 25,6 km, orta mailliyi 59 m/km-dir. Hövzəsinin sahəsi - 421 km². Geqa çayı Bzib çayının sağ qollarından biridir və onların ən böyüyüdür. Çayın yatağı çox dar və mənzərəli dərədə yerləşir, buna görə də çay bütün uzunluğu boyunca sürətli axınlar və şəlalələrlə doludur. Bir yerdən çay “Çərkəz şəlaləsi” kimi tanınan karst mağarasının içindən, yerin altından axır və yeraltı dəhlizlərdən və mağaralardan 315 metr keçdikdən sonra qayadan qoparaq şəlalədən axır. Çərkəz şəlaləsi və Geg şəlaləsi turistlərin tez-tez ziyarət etdiyi yerdir. Abxaziyanın görməli yerlərindən biridir. Отчёт о водном путешествии с эл.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyillidir. 1967–1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su-elektrik stansiyası tikilmişdir.
Göyçay (çay)
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,Ucar və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.